Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 07:44
"Twitter" mikrobloqlar xidmətində şəxsi mesajlara reaksiya bildirmək imkanı əlçatan olub. İndi istifadəçilər şəxsi mesajlara öz reaksiyalarını ifadə etmək imkanına malikdirlər.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Twitter" bu funksiyanı ötən il sınaqdan keçirməyə başlayıb. 2020-ci il yanvarın 23-dən etibarən sözügedən funksiya xidmətin bütün istifadəçilərinə əlçatan olub. Dəstək xidməti reaksiyaların düzgün göstərilməsi üçün proqramı yeniləməyi tövsiyə edib.
Həmçinin istifadəçilər öz reaksiyalarını istənilən vaxt silə bilərlər.