Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 08:20
Yanvarın 27-də Cəbəllütariqdə təşkil olunmuş beynəlxalq şahmat festivalının "Masters" turnirinin yeddinci turunu şahmatçılarımız qələbə ilə başa vurublar.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti turda ukraynalı Anna Muzıçuk, Vasif Durarbəyli Argentina təmsilçisi Ernesto Real De Azuaya qalib gəliblər.
Əvvəlki turların nəticəsinə görə Ş.Məmmədyarov 5, V.Durarbəyli 4,5 xal toplayıb.
Qeyd edək ki, "Masters" turnirində 241 şahmatçı, o cümlədən 116 qrossmeyster iştirak edir.