Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda iki nəfər küçədə bıçaqlandı

Bakıda iki nəfər küçədə bıçaqlandı

Tarix: 28 Yanvar 2020 09:27

Bakı. Samir Əli - Trend:

Bakıda iki nəfər bıçaqlanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. M.Nərimanov küçəsi 20/56 ünvanında 1990-cı il təvəllüdlü Həsənov Cavidan Qurban oğlu tanışları, 1984-cü il təvəllüdlü Cəfərov Gündüz Cəlil oğlu və 1988-ci il təvəllüdlü Cəfərov Tural Faiq oğlunu bıçaqlayıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində C.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda nəfər küçədə bıçaqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ