Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan gimnastı Avropa Çempionatında gürzlərlə hərəkətlərdə finala çıxıb

Azərbaycan gimnastı Avropa Çempionatında gürzlərlə hərəkətlərdə finala çıxıb

Tarix: 18 May 2019 17:04

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatında gürzlərlə hərəkətlərdə finalçılar müəyyənləşib.

Təsnifat oyunlarının nəticələrinə görə, Dina Averina (Rusiya, 23.875 xal), Arina Averina (Rusiya, 22.300 xal), Katrin Taseva (Bolqarıstan, 22.125 xal), Anastasiya Salos (Belarus, 21.600 xal), Vlada Nikolçenko (Ukrayna, 21.500 xal), Zöhrə Ağamirova (Azərbaycan, 20.800 xal), Yekaterina Vedeneeva (Sloveniya, 20.525 xal) və Nikol Zelikman (İsrail, 20.350 xal) finala çıxıb.

Digər Azərbaycan gimnastı Veronika Qudis 18.800 xalla 20-ci olub.

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə 35-ci Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Yarışda ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri üzrə Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan gimnastı Avropa Çempionatında gürzlərlə hərəkətlərdə finala çıxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ