Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''PASHA Bank Cup'' proqramçılar müsabiqəsinin qalibləri açıqlanıb (FOTO)

''PASHA Bank Cup'' proqramçılar müsabiqəsinin qalibləri açıqlanıb (FOTO)

Tarix: 28 Yanvar 2020 12:54

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank ölkədə proqramçılar üçün ilk dəfə keçirilən "PASHA Bank Cup" müsabiqəsinin nəticələrini açıqlayıb. Yanvar ayının 25-də Bakı Mühəndislik Universitetində keçirilən proqramlaşdırma yarışmasının sonuncu mərhələsində 38 finalçı iştirak edib.

Azərbaycanın proqramlaşdırma sahəsinin aparıcı mütəxəssisləri 4 saat müddətində 8 alqoritmik tapşırıqdan ibarət olan yarışmada öz qüvvələrini sınayıb. Müsabiqənin nəticələri münsiflər heyətində təmsil olunan Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə, Bakı Mühəndislik Universitetinin baş müəllimi Etibar Seyidzadə, PAŞA Bankın Rəqəmsal Mühəndislik şöbəsinin rəhbəri Vüsal Xəlilov və PAŞA Bankın Rəqəmsal Laboratoriyasının baş proqramçısı Rəşad Əmircanov tərəfindən açıqlanıb. Beləliklə, fərqli kateqoriyalar üzrə göstəriciləri ən yüksək olan və tapşırıqları ən tez cavablandıran 10 iştirakçı qalib elan edilib.

"PASHA Bank Cup" yarışmasının qaliblərinin adları:

Yer

Nəticə (%)

Mükafat

Kateqoriya: peşəkarlar

Fərid Əhmədov

1

100

Apple Macbook Pro 15.4 2018 Touch

Rəşad Məmmədov

2

100

Apple iPad 9.7 32Gb Wi-Fi Grey

Eldar Mustafayev

3

75.82

Apple AirPods 2

Kateqoriya: tələbələr

Ülvi Aslanlı

1

100

Apple iPad 9.7 32Gb Wi-Fi Grey

Nicat Hüseynov

2

77.56

Apple AirPods 2

Kamal Bağırlı

3

69.56

E-reader Pocketbook 614 Black

Kateqoriya: şagirdlər

Murad Eynizadə

1

100

Apple AirPods 2

Əziz Hüseynov

2

100

E-reader Pocketbook 614 Black

İbrahim Tağızadə

3

82.6

Xiaomi Mi Band 4

Hüseyn Hacıyev

4

82.6

Xiaomi Mi Band 4

Qeyd edək ki, proqramçılar üçün nəzərdə tutulan "PASHA Bank Cup" müsabiqəsi Bakı Mühəndislik Universitetinin dəstəyi ilə həyata keçirilib. Bundan əvvəl keçirilən 4 təsnifat mərhələsi online şəkildə HackerRank platforması üzərindən keçirilib. Bu mərhələlərdə ümumi olaraq 163 nəfər iştirak edib.

PAŞA Bank Azərbaycanda proqramlaşdırma sahəsinin daha da inkişaf etdirilməsini, bu sahədə çalışan mütəxəssislərin, təhsil alan tələbələrin, eləcə də şagirdlərin daha dərin biliklərə və peşəkar bacarıqlara yiyələnməsini hədəfləyən müsabiqələri müntəzəm olaraq keçirmək niyyətindədir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  PASHA Bank proqramçılar müsabiqəsinin qalibləri açıqlanıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ