Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 14:28
Bakı. Trend:
Qadınlardan ibarət güləş yığmamız yanvarın 27-dən ölkə xaricində növbəti təlim-məşq toplanışına start verib.
Azərbaycan Güləş Federasiyasından Trend-ə bildirilib ki, millimiz baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkiyədə hazırlıq keçir. Avropa çempionatına və qarşıdakı lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyan toplanışda Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (59 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) iştirak edir. Komandamız fevralın 10-dək Ədirnədə Türkiyə yığması ilə birgə toplanış keçəcək. Millimiz qitə birinciliyində iştirak etmək üçün İtaliyanın paytaxtı Romaya qonşu ölkədən yollanacaq.
Qeyd edək ki, yığmanın lideri Mariya Stadnik məşqləri Ukraynanın Lvov şəhərində davam etdirir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin