Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 12:40
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri açıqlanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3,2 milyon və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
2019-cu ilin dekabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 2018-ci ilin dekabr ayı ilə müqayisədə 11,8 faiz artaraq 93 milyon manat təşkil edib.
Ümumilikdə isə 2019-cu ilin yanvar-dekabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 milyard 257 milyon manat təşkil edib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin