Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mançester Siti''də yeni müqavilə

''Mançester Siti''də yeni müqavilə

Tarix: 29 Yanvar 2020 15:54

"Mançester Siti" braziliyalı futbolçusu Fernandinyonu daha bir mövsüm komandada saxlamağa qərar verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu klubu ilə yeni 1 illik müqavilə imzalayıb.

Həm müdafiə, həm də yarımmüdafiə xəttində etibarlı oyunu ilə diqqət çəkən braziliyalının əvvəlki müqaviləsinin müddəti cari mövsümün sonunda bitəcəkdi. Amma klub təcrübəli oyunçunun xidmətindən növbəti mövsümdə də yararlanmaq istəyir.

O, bu komandanın heyətində 299 rəsmi oyuna çıxıb. Braziliyalı oyunçu şəhərlilərlə 3 dəfə İngiltərə çempionu olub, 4 dəfə Liqa Kubokunun qalibi adını qazanıb.

Milli.Az


Etiketlər:  Mançester Sitidə yeni müqavilə


RƏYLƏR