Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarət üçün girdiyi evdə ev sahibini balta ilə öldürdü, daha sonra intihar etdi

Qarət üçün girdiyi evdə ev sahibini balta ilə öldürdü, daha sonra intihar etdi

Tarix: 29 Yanvar 2020 20:34

Türkiyənin Aydın bölgəsində evə qarət məqsədilə girən şəxs ev sahibini öldürdükdən sonra polisdən qaça bilməyəcəyini anlayaraq intihar edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 26 yaşlı Gökhan Yıldız oğurluq məqsədilə getdiyi evin sahibi 69 yaşlı Xəlil Akçanı balta ilə qətlə yetirib. Bu zaman səsləri eşidən qonşular polis çağırıb. Operativ şəkildə hadisə yerinə yollanan polislər qatil evdən çıxarkən hadisə yerinə çatıb.

Dərhal polisdən qaçmağa çalışan Yıldız bir qədər sonra bunun imkansız olduğunu anlayıb və 15 metr yüksəklikdə keçiddən özünü atıb.

Xəstəxanaya çatdırılan Yıldızın həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma zamanı Gökhan Yıldızın hərbi xidmətdən yayındığı da ortaya çıxıb.

Milli.Az


Etiketlər:  Qarət üçün girdiyi evdə ev sahibini balta ilə öldürdü daha sonra intihar etdi


RƏYLƏR