Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 21:38
Heç də həmişə məşhurlar uzun sürən xəstəlikdən sonra və ya yetərincə ahıl yaşda həyatdan köçmürlər. Onların bəziləri faciə qurbanı olur, bəziləri isə canına qıyır...
Sonxeber.net qafqazinfo-ya istinadən qəfil ölümü ilə yadda qalan məşhurları təqdim edir:
Kobi Brayant
"Los Angeles Lakers"in məşhur basketbolçusu yanvarın 26-da Kaliforniyada helikopter qəzası nəticəsində dünyasını dəyişib. Onun 41 yaşı var idi. Onunla bərabər 13 yaşlı qızı Canna da həyatını itirib.
Lük Perri
"Riverdeyl" serialının aktyoru 2019-cu il martın 4-də vəfat edib. Onun 52 yaşı var idi. Aktyor ölümündən beş gün əvvəl insult keçirib. O, xəstəxanada dünyasını dəyişib.
Keyt Speyd
55 yaşlı dizayner 2018-ci il iyunun 5-də Nyu-York şəhərindəki evində intihar edib.
Kerri Fişer və Debbi Reynolds
"Ulduz müharibələri"ndə şahzadə rolunu canlandıran aktrisa 60 yaşında infarkdan dünyasını dəyişib. Bu, 2016-cı il dekabrın 27-də baş verib. Səhərisi gün onun anası dəfn mərasiminə hazırlaşarkən insultdan keçinib.
Corc Maykl
Müğənni 2016-cı il dekabrın 25-də ürək və qaraciyər problemləri səbəbindən 53 yaşında evində vəfat edib.
Robin Uilyams
Aktyor və komediant 2014-cü il avqustunda 63 yaşında dünyasını dəyişib. O, uzun sürən depressiyadan sonra intihar edib. Həmin ay ona ölümündən sonra "Emmi" mükafatı verilib.
Emi Uaynhaus
Britaniyalı müğənni 2011-ci il iyulun 23-də Londondakı evində ölü vəziyyətdə tapılıb. Onun 27 yaşı var idi. İfaçının ölümünə səbəb ürəktutması olub.
Hit Ledcer
28 yaşlı aktyor 2008-ci il yanvarın 22-də Nyu-Yorkdakı evində ölü tapılıb. Onun ölümünə səbəb ağrıkəsici, trankvilizator və yuxu dərmanını həddindən artıq çox istifadə etməsi olub.
Uitni Hyuston
Məşhur müğənni 2012-ci il fevralın 11-də "Beverly Hilton" otelində ölü tapılıb. Onun ölümünə səbəb kokaindən həddində artıq istifadə etməsi olub. 48 yaşlı Hyuston vannada boğulub.
Prins
Müğənni 2016-cı il aprelin 21-də Minnesota ştatında rezidensiyasında vəfat edib. Onun 57 yaşı var idi. Ölümünə səbəb güclü ağrıkəsici - fentanildən həddindən artıq istifadə etməsi olub.