Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 23:36
Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölkəyə gələn əcnəbilərdən tibbi arayış tələb edəcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Rusiya Daxili İşlər Nazirliyi ölkəyə gələn əcnəbilərin məcburi qaydada daktiloskopiya prosedurundan keçməsini və tibbi arayış təqdim etməsini planlaşdırır.
Bu barədə DİN-in Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, bu tədbirlər xəstəliklərin yayılması ilə əlaqədardır.
Hazırda Rusiyaya işləmək və ya bu ölkədə müvəqqəti yaşamaq hüququ, eləcə də Rusiya vətəndaşlığı almaq istəyən şəxslər tibbi arayış təqdim edirlər.