Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Apple” kompüterlərini yoluxduran virus açıqlanıb

“Apple” kompüterlərini yoluxduran virus açıqlanıb

Tarix: 30 Yanvar 2020 07:04

"Kasperski laboratoriyası" antivirus şirkəti 2019-cu ildə "macOS" əməliyyat sisteminin istifadəçiləri arasında ən çox yayılan təhlükəni açıqlayıb. O, dünyada hər onuncu "Apple" kompüterini yoluxduran "Shlayer" reklam troyanıdır.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, ötən ilin yekunları üzrə "macOS" qurğularına hücumların 29 faizi "Shlayer" virusunun payına düşüb. Onun ən çox qurbanları ABŞ (31 faiz), Almaniya (14 faiz), eləcə də Fransa və İngiltərə (hərəyə 10 faiz) istifadəçiləri olub.

Zərərli proqram təminatı "Wikipedia" və "YouTube" kimi çoxmilyonluq auditoriyaya malik minlərlə qanuni saytlar vasitəsilə yayılıb. Böyük onlayn ensiklopediyada zərərli sayt ünvanına keçid məqalələr arasında qeydlərdə, "YouTube"da isə videonun təsvirində gizlənib.

İstifadəçi zərərli sayt ünvanına keçid etdikdən və saxta əlavəni (məsələn, Adobe Flash Player üçün yenilənmə şəklində) quraşdırdıqdan sonra onun kompüterinə "Shlayer" virusunun növlərindən biri yüklənir. O, öz növbəsində brauzeri reklamla doldurur, eləcə də axtarış nəticələrini saxtalaşdıran müxtəlif proqramları quraşdırır.

Bildirilir ki, zərərli proqram təminatının ilk nümunələri mütəxəssislər tərəfindən 2018-ci ilin fevralında aşkarlanıb. "Shlayer" virusu ilk dəfə aşkar edildikdən sonra ötən müddət ərzində onun iş alqoritmi dəyişməz qalıb, aktivliyi isə azalmayıb: hazırda "Shlayer" viruslarının sayı onun aşkarlandığı ilk aylardakı kimi eyni səviyyədədir.


Etiketlər:  Apple kompüterlərini yoluxduran virus açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ