Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 07:46
"Boeing" korporasiyası, 2015-ci ildə ABŞ-a sifariş verilmiş 17 "AH-64E Apache Guardian" və 10 "Chinook" hərbi nəqliyyat vertolyotlarını Hindistan silahlı qüvvələrinə təhvil verib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, korporasiyanın mətbuat xidmətinin xəbərində deyilib: "Hindistan Silahlı Qüvvələri 22 sifariş verdiyi "AH-64E Apache Guardian" vertolyotundan 17-ni və 15 "CH-47 Chinook" vertolyotundan 10-nu alıb. Nyu-Deli daha əvvəl bir sıra Boeing təyyarələri, xüsusən 11 "C-17 Globemaster III" ağır hərbi nəqliyyat və səkkiz "P-8I" dəniz patrul təyyarəsi əldə etməklə yenidən 4 "P-8I" sifariş edib.
Hindistan ordusuna 22 "AH-64E" və 15 "CH-47" satılmasına dair müqavilə ölkənin ordu tarixində ən nəhəng saziş olub və dəyəri təxminən 2,2 milyard dollar təşkil edib.