Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 16:00
"Mən 15-16 ildir səhnədəyəm. Bir qız oxuyanını gətirirsən yanına ki, gəl duet oxuyaq. Bir də görürsən ki, bir aydan sonra səndən böyük danışır, o. Adama elə gəlir ki, sən artıq heç nə bilmirsən. Bu səndən çox bilir"
Sonxeber.net xəbər verir ki, bu açıqlamanı "Hər şey daxil"də xanım duet ortaqları ilə bağlı danışarkən Rəvan Qarayev edib.
Müğənni xanım ifaçıları vəfasızlıqda ittiham edib:
"Əziyyət yerə vurulur, ona görə də mən istəmirəm. Çox xanım ifaçılar deyiblər "Duet oxuyaq", mən elə tək oxuyuram. Belə də yaxşıdır. Bir dənə duet ortağım olub, o da evdədir - Elşad Qarayev (Atası - red). Yəni, xanım ifaçılara yaxşılıq yoxdur, bunu birdəfəlik biləsiniz".
Məhəmməd Vaqif