Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2019 15:48
Bakı. Cani Babayeva - Trend:
Rusiyalı gimnast Diana Averina Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa çempionatının halqa ilə hərəkətlərdə qızıl medal qazanıb.
Trend-in məlumatına görə, D.Averina 23.300 bal toplayıb.
Gümüş medalı Belarus idmançısı Ekaterina Qalkina (21.150 bal), bürünc medalı isə İsrailli gimnast Nikol Zelikman (20.950 bal) qazanıb.
Azərbaycan gimnastı Zöhrə Ağamirova 19.875 bal ilə altıncı yeri tutub.
Xatırladaq ki, Bakıda Milli Gimnastika Arenasında Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalı başlayıb. Bu gün mübarizə altı komplekt medallar uğrunda aparılacaq (fərdi hərəkətlər üzrə dörd medal, qrup çıxışları üzrə isə iki medal).
Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.
Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin