Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yeni tərkibi müəyyənləşib

Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yeni tərkibi müəyyənləşib

Tarix: 30 Yanvar 2020 21:36

Nazirlər Kabineti "Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında" qərarında dəyişiklik edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, "Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında" Nazirlər Kabinetinin 2018-ci il 20 fevral tarixli qərarı ilə yaradılmış Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yeni tərkibi aşağıdakı redaksiyada müəyyənləşib:

Şuranın sədri

Ramiz Mehdiyev - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

Şuranın sədr müavini

Dilqəm Tağıyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik

Şuranın məsul katibi

Əminağa Sadıqov - Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

Şuranın üzvləri:

İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik

İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik

Nərgiz Paşayeva - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik

Rasim Əliquliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik

Arif Paşayev - Milli Aviasiya Akademiyasının rektoru, akademik

Xoşbəxt Yusifzadə - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik

İsmayıl Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik

Fuad Əliyev - Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri, akademik

Əhliman Əmiraslanov - Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının direktoru, akademik

Rəfail Mirzəyev - Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini

Rahim Əliyev - Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

Rauf Hacıyev - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, biologiya elmləri doktoru

Sevinc Həsənova - Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

Firudin Qurbanov - Azərbaycan Respublikası Təhsil nazirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru

Sevda Məmmədəliyeva - Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

Elçin Zeynalov - Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini, texnika elmləri doktoru

Elmir Vəlizadə - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Rövşən Əhmədov - Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müşaviri

İqbal Babayev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini, general-mayor, texnika elmləri doktoru

Heydər Piriyev - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general-leytenant

Ceyhun Salmanov - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini

Balarəhim Quliyev - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini

Rövşən Rüstəmov - "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin sədrinin müavini.

Nazirlər Kabinetinin digər qərarı ilə "Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə"də də dəyişiklik edilib. Dəyişikliyə əsasən, Şuranın tərkibi 15 nəfərdən 26 nəfərə qaldırılıb.


Etiketlər:  Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yeni tərkibi müəyyənləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ