Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2020 23:40
ABŞ-ın patent bürosu Apple şirkətinin yeni patent sorğusunu təsdiqləyib. Həmin patent sorğusunda şirkətin yeni monoblok kompüteri əks olunub. Patentdə əks olunmuş kompüterin əvvəlki iMac modellərindən fərqi ondadır ki, o, şüşə materialdan hazırlanmış və əyilmiş gövdəyə sahibdir.
Sonxeber.net technote.az-a istinadən bildirir ki, patent sorğusundakı məlumata əsasən monoblok kompüterin ekranı touchpad texnologiyasına sahib klaviaturaya çevrilə biləcək.
Kompüterin komponentləri isə hərəkət edə bilən dayaqda yerləşdiriləcək. Həmin dayaq sayəsində ekranın əyilmə bucağını tənzimləmək mümkün olacaq. Kompüterin konstruksiyası həmçinin ayrıca klaviaturanın və MacBook-un qoşulması imkanını da verəcək. Beləliklə MacBook-un iMac-ə qoşulacağı halında onun ekranındakı təsvir birbaşa iMac-in ekranına keçid edəcək. Bu halda MacBook-un klaviaturası isə kompüterin konstruksiyasında olacaq xüsusi çıxıntı yerində yerləşəcək.
Yeni iMac modelinin gövdəsinin şüşə materialdan hazırlanacağına baxmayaraq Apple şirkəti həmçinin keramik və plastik materiallardan istifadəni də istisna etmir. Patent sorğusunda həmçinin qeyd olunub ki, kompüterin gövdəsinin aşağı hissəsində naqilsiz şarj modulunun və biometrik sensorların yerləşdirilməsi ehtimalı da var. Sözügedən patent sənədi onu da təsdiqləyib ki, kompüterin şüşə materialdan hazırlanacaq gövdəsi həm şəffaf həm qeyri şəffaf ola bilər. Bununla yanaşı kompüterin komponentləri də yarışəffaf ola bilərlər. Bu qeyri adi iMac modelinin təqdimat tarixi və onun texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur.