Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 07:08
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün heç yerdə rast gəlinməyən nadir fotoları üzə çıxıb.
Sonxeber.net xəbər verir ki, fotolar həkim, tibb tarixçisi, xəttat, bəstəkar və yazıçı Osman Şevki Uludağın vəfat edən qızı Ela Uludağın arxivindən tapılıb.
Bildirilib ki, Atatürkün mənəvi qızı Nəbilə İrdəlpə toy hədiyyəsi olaraq xüsusi bufet düzəltdirib. Nəbilə xanım Osman Şevki bəyin Nişantaşında qonşusu olub. Atatürkün bu xatirəsinə isə daha sonra o sahiblənib. Sözügedən fotolar təsadüfən həmin bufetin içindən çıxıb.
Qeyd edək ki, Türkiyənin Bursa vilayətində yerləşən Uludağ Osman Şevki bəyin şərəfinə adlandırılıb. (publika.az)