Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meteoroloqlarından xəbərdarlıq: növbəti beş ildə...

Meteoroloqlarından xəbərdarlıq: növbəti beş ildə...

Tarix: 31 Yanvar 2020 08:06

2020-2024-cü illər bütün meteoroloji müşahidələr ərzində dünya miqyasında ən isti beşillik ola bilər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sky News telekanalı bu barədə Britaniya meteoroloji xidmətinə istinadla məlumat yayıb. Ekspertlər hesab edirlər ki, qarşıdakı beş ildə temperatur sənayeləşmə dövrünədək olan göstərici ilə müqayisədə 1,15-1,46 dərəcə yüksələcək.

Telekanal, eyni zamanda, xatırladır ki, əvvəlki beş il də müşahidələrin başlanğıcından bəri ən isti dövr sayılır. Bu müddətdə temperatur əvvəlki göstəricilərə nisbətən orta hesabla 1,09 dərəcə artıb. Alimlər xəbərdarlıq edirlər ki, dünya temperaturunun artımını iqlim üzrə 2015-ci il Paris sazişində göstərilən 1,5 dərəcə hüdudlarında saxlamaq vacibdir.


Etiketlər:  Meteoroloqlarından xəbərdarlıq növbəti beş ildə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ