Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 09:00
Tbilisinin mərkəzindəki "Rike park"da yerləşən və italyan arxitektor tərəfindən qeyri-adi üslubda inşa olunan "Səhənglər" adlı tikili satışa çıxarılacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava deyib.
Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin təşəbbüsü ilə inşa olunan bu bina "Biznesə 100 investisiya təklifi" adlı dövlət proqramı çərçivəsində satılacaq. Binanın ilkin dəyəri 95 milyon lari (32,8 milyon dollar) müəyyən olunub.
Qeyd edək ki, 15 min kvadratmetr sahədə yerləşən obyektin tikintisi 75 milyon lariyə başa gəlib və inşaat işləri 2012-ci ildə başa çatdırılıb. Lakin bina hələ də fəaliyyət göstərmir.
Bina Tbilisinin simvollarından birinə çevrilib.