Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aynişanı təbrik edib, başqasına söz atdı - FOTO

Aynişanı təbrik edib, başqasına söz atdı - FOTO

Tarix: 31 Yanvar 2020 11:50

"Övlad başqa varlıqdır! Biri çıxar, düşünmədən bir söz deyər və bu, hər kəsi dərin silkələr. Bəzən də bir sənətkar hər səhvi, hər düzü özü kimi bilər. Və hamı, ana-bacı onu dəstək seçər. O şəxs Aybəniz Haşımovadır".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Röya Ayxan yaxın günlərdə toy etməyi planlaşdırılan Aynişan Quliyevanın nikah fotosunu paylaşaraq yazıb. O, Əməkdar artist Aybəniz Haşımova və qızını təbrik etsə də, üstüqapalı başqa bir sənətçiyə söz atıb.

Müğənni təbrik mətninə bu sözləri də əlavə edib:

"Yaşadığı həyat, gördüyü haqsızlıq onu yormadı, gələcək üçün gözəl bir qız böyütdü! Hamımıza "bu gün qismət olsun" deyib hər kəsi təbrik edirəm. Bir şəhid qızı bu gün ailə qurur. Ona böyük sevgi və səbr arzu edirəm, dualarımız onunladır. Xoşbəxt ol, gözəlim".


Etiketlər:  Aynişanı təbrik edib başqasına söz atdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ