Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 13:00
Bakı. Trend:
Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsinin təmiri ilə əlaqədar olaraq, yanvar ayının 31-dən fevral ayının 1-nə keçən gecədən etibarən sözügedən küçədə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Bu barədə Trend “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir
Agentlik baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyyə edir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin