Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 13:10
Bakı-Pirşağı-Bakı elektrik qatarlarının reysləri artırılır.
Bu barədə Sonxeber.net-a Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətindən bildiriblər.
Qeyd olunub ki, fevralın 3-dən Bakı-Pirşağı-Bakı elektrik qatarları yeni cədvəl üzrə hərəkət edəcək: "Sərnişindaşımaya artan tələbatı təmin etmək məqsədilə, həmin istiqamətdə hərəkət edən qatarların sayı artırılacaq. Bir istiqamətdə 15 qatar olmaqla, hərəkət qrafikində dəyişiklik ediləcək. Hazırda isə gün ərzində bir istiqamətdə cəmi 8 qatar hərəkətdədir".