Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 14:24
"Bakı məktəblərində psixoloji xidmətin düzgün təşkili üçün təlimlər keçiriləcək".
Sonxeber.net Trend -ə istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib.
Onun sözlərinə görə, həssas qrupa daxil olan uşaqlarla ən mühüm iş məktəb psixoloqlarının üzərinə düşür: "Təəssüf ki, bu sahədəki ümumi vəziyyət bizi yetərincə qane etmir.
Bu sahədə əsaslı dönüş yaratmaq, ümumi təhsil müəssisələrində psixoloji xidmətin düzgün təşkilinə və səmərəliliyinin artırılmasına nail olmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə məktəblərdə çalışan psixoloqlar və təşkilati işlər üzrə direktor müavinləri üçün fevral ayından başlayaraq təlimlər keçiriləcək".