Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messinin 500-cü qələbəsi

Messinin 500-cü qələbəsi

Tarix: 31 Yanvar 2020 16:34

"Leqanes" üzərində 5:0 hesablı qələbə "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu Kataloniya klubu ilə 500-cü qələbə sevincini yaşayıb.

32 yaşlı futbolçu indiyədək "Barsa"da 710 matç keçirib, 622 qol vurub və 241 məhsuldar ötürmə verib. Həmçinin klub Messinin iştirakı ilə 131 matçda heç-heçə edib, 79 oyunda isə uduzub.

Qeyd edək ki, Lionel Messi "Leqanes"lə görüşdə dubl müəllifi olub.


Etiketlər:  Messinin qələbəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ