Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ordan-bura, burdan-ora

Ordan-bura, burdan-ora

Tarix: 1 Fevral 2020 08:08

Premyer Liqada qış fasiləsi artıq başa çatır.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, klublar transfer dönəmində heyətlərini, demək olar ki, formalaşdırıblar.

"Transfer pəncərəsi" hələ açıq olduğundan və üstəlik, Azərbaycanda bu müddətdən sonra belə, azad agent statusu daşıyanlar heyətə cəlb edildiyindən, bəzi keçidlərin bundan sonra da baş tutması gözləniləndir. Ancaq komandalar mövsümün ikinci yarısına hazırkı heyətləri ilə başlayacaqlar.

Əvvəlki illərlə müqayisədə budəfəki fasilə bir qədər sönük keçib. Adətən yay-qış demədən hər fasilə zamanı köklü islahatlardan çəkinməyən elita təmsilçiləri üçün görünür, bu dəfə büdcə məhdudlaşdırılıb.

Yalnız iki klub rəhbərliyi bu baxımdan əliaçıq olub - "Zirə" və "Sabah". Əsasən də, birincilərin həm müdafiə, həm yarımmüdafiə, həm də hücum xəttini gücləndirdiklərini söyləmək olar. "Zirə"nin hücumdakı dəyişiklikləri xüsusi vurğulanmalıdır. Riçard Qazdenin sağ-soluna Ağabala Ramazanov və Davit Volkov gətirildi. Hücumda boşluq yaratmaq üçün də Xulio Sezar Rodriges, Soni Norde və Robin Nqalande yola salındı. Bu mənada Xulio Sezarın ayrılığı başadüşülən olmadı. Etiraf edək ki, müasir futbolda tipik "9 nömrə" tapmaq çox çətindir. "Zirə"nin hazırkı hücum "trio"su yalnız sürətli əks-hücum üçün qorxulu görünür. Ayağında top saxlayan, komandasını irəli çəkən, cərimə meydanında, eyni zamanda "ikinci mərtəbə"də təhlükəli olan Xulio, şübhəsiz ki, "Sabah" üçün qazancdır. Ancaq baş məşqçi Jelko Sopiç mərkəz hücumçusu seçimində çətinlik çəkəcək. Çünki eyni üsluba malik sabiq bombardir Marko Deviç də geri qaytarıldı. Hendrik Ekşteynin ayrılması isə bir qədər təəccüblə qarşılandı.

Turnir cədvəlinin ilk üç pilləsində qərarlaşan "Qarabağ", "Neftçi" və "Keşlə" cüzi dəyişikliklə heyətin özəyini qorumağa müvəffəq oldular. "Keşlə" hücumuna əlavələr qatdısa, "Qarabağ"da Riçard Almeydanın gedişi ilə Filip Ozobiç ön plana çıxacaq. "Neftçi"nin əsas problemi isə futbolçu yox, məşqçi ilə bağlıdır. Robert Bordinlə yolları ayıran "ağ-qaralar" Füzuli Məmmədovun rəhbərliyi altında çempionluq uğrunda mübarizə aparmalı olacaqlar.

"Sumqayıt" transfer dönəminin ən səssiz komandası oldusa, "Qəbələ" cəmi 2 transferlə kifayətləndi. Ancaq Davit Volkovun boşluğunu doldurmaq "qırmızı-qaralar" üçün asan olmayacaq. Autsayder "Səbail" hər mövqeyinin lideri ilə sağollaşdı. Amma Rauf Əliyev və Hendrik Ekşteynin komandaya böyük köməyi dəyə bilər.

Ümumiyyətlə, həmişəki kimi, yenə klublar daha çox bir-birilərindən oyunçu almağa üstünlük verdilər. Ya digər komandaya lazım olmayanı heyətə qatdılar, ya da əvvəllər ölkəmizdə çıxış edən əcnəbiləri qaytardılar. Ümumilikdə 7 yeni ada rast gəlmək olar. Bunlar Ovusu Kvabena, Saman Nariman Cahan, Aleksandr Kristovao, Alie Sesay, Corc Anton, Mario Marina və Abdelrafik Jerardır.


Etiketlər:  Ordan bura burdan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ