Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada yeni növ koronavirusa yoluxma halları artıb

Almaniyada yeni növ koronavirusa yoluxma halları artıb

Tarix: 1 Fevral 2020 08:14

Almaniyada yeni növ koronavirusa daha ki nəfər yoluxub.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, ümumilikd ölkədə təsdiqlənmiş yoluxma halları 8-ə çatlb.

Bildirilir ki, yeni yoluxma halları da Bavariya regionunda "Webasto" şirkətinin əməkdaşlarında qeydə alınıb.

Qeyd edilir ki, Almaniyada yeni növ koronavirusa yoluxan 8 nəfərdən 7-si "Webasto" şirkətinin əməkdaşıdır, 8-ci yoluxan şəxs isə şirkətin əməkdaşlarından birinin uşağıdır.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Çində yeni növ koronavirusdan ölənlərin sayı 258 nəfərə, yoluxanların sayı ilə 11,1 min nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.


Etiketlər:  Almaniyada yeni növ koronavirusa yoluxma halları artıb


RƏYLƏR