Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 14:56
Göygöl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən (DİN) Sonxeber.net-a verilən məlumata əsasən, yanvarın 31-də saat 22 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində kənd sakini A.Orucov idarə etdiyi "Ford Transit" markalı avtomobili yolun kənarında dayanmış Şəmkir rayon sakini N.Murtuzayevə məxsus "ZİL" markalı avtomobilə vurub.
Nəticədə A.Orucovun sərnişinlərindən Aidə Orucova hadisə yerində ölüb, digər sərnişin xəstəxanaya yerləşdirilib.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.