Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda bu il qış turizminə olan maraq artıb

Azərbaycanda bu il qış turizminə olan maraq artıb

Tarix: 1 Fevral 2020 20:28

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda qış turizminə maraq ildən-ilə artsa da, yay turizm mövsümünə olan maraq öz liderliyini saxlayır.

Bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspertlər Şurasının üzvü Kənan Hənifəyev deyib.

Onun sözlərinə görə, yerli və əcnəbi turistlər Azərbaycanda daha çox yaz-yay aylarında səyahət etməyi sevirlər:

“Xarici və daxili istiqamətlər üzrə edilən müraciətlər əsasında demək olar ki, yay mövsümü öz liderliyini saxlayır. Ancaq ötən illərlə müqayisədə Azərbaycanda qış turizminə olan maraq da artıb. Sevindirici haldır ki, ölkəmizdə iki böyük müasir Qış-Yay Turizm Kompleksi fəaliyyət göstərir. 10-11 il əvvəl Azərbaycan turizmində qış mövsümü anlayışı çox zəif idi. Turizm şirkətləri yerli turistlərimizi xaricə göndərərdilər, amma yerli turizm üzrə maraqlı təkliflər verə bilmirdilər. Son illərin statistikasına baxdıqda isə hər il turist sayının artdığının və komplekslərə gələn turist sayının çox olduğunu görə bilirik”.

K.Hənifəyev bildirib ki, xaricə gedən Azərbaycan turistləri əsasən, qonşu ölkələrə səfər edirlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda qış turizminə olan maraq artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ