Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2020 22:44
Bakı. Trend:
Çindən Azərbaycan və Türkiyə vətəndaşlarını təxliyə edən təyyarə Ankaranın Etimesqut hava limanina enib.
Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Bildirilir ki, yeni tip koronavirus səbəbindən Çinin Uhan şəhərindən Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyəsini həyata keçirən Türkiyə Silahlı Qüvvələrinə aid böyük karqo təyyarəsi yanacaq doldurduqdan sonra Monqolustanın paytaxtı Ulan-Batordan Türkiyəyə doğru yola düşüb.
Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Çində yeni növ koronavirusdan ölənlərin sayı 260 nəfərə çatıb, 11,7 mindən artıq insan isə yoluxub.
Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin