Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 09:48
Brunu Fernandeş yeni komandası “Mançester Yunayted”də debüt edib.
Qol.az xəbər verir ki, o, “Vulverhempton”a qarşı İngiltərə Premyer Liqasının 25-ci turunun matçının (0:0) iştirakçısı olub və yaxşı oyunu ilə fərqlənib.
Portuqaliyalı yarımmüdafiəçi 88 ötürmə edib, onlardan 11-i cərimə meydançasına olub. Bundan başqa, o, qapıya 5 zərbə endirib (hamısı cərimə meydançasından kənardan). Bunlar “MY”nin bütün futbolçuları arasında ən yaxşı göstəricidir. Brunu 118 dəfə topa sahib olub ki, bu göstərici isə “MY”li futbolçular arasında ikincidir.
Qeyd edək ki, Fernandeş bu qış “Sportinq”dən “Mançester Yunayted”ə transfer olunub. 5 illik müqaviləyə görə ingilislərin qarşı tərəfə 55 milyon avro ödədiyi iddia olunur.