Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 10:38
Azərbaycan millisinin sabiq futbolçusu Lev Mayorov 51 yaşında dünyasını dəyişib.
Qol.az xəbər verir ki, bu haqda Rusiyanın "Çernomorets"(Novorossiysk) klubunun mətbuat xidməti məlumat yayıb. Mayorov 1992-2005-ci illərdə "Çernomorets"də futbolçu kimi çıxış edib, 2012-2020-ci illərdə isə məşqçilər korpusunda yer alıb.
Ölümün səbəbləri barədə məlumat verilməyib.
1969-cu ilin oktyabrın 13-də Bakıda doğulan Lev Mayorov “Neftçi”nin yetirməsi olub. O, bir müddət "Bakılı" və "Kəpəz"də oynayıb. 1990-cı illərdə millimizdə 2 matç keçirib.
"Çernomorets" yaydığı başsağlığında Mayorovun ölümündən əvvəl Bakıya səfər etmək niyyətində olduğu qeyd edilib.
Allah rəhmət eləsin!