Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində daha bir ölümcül virus aşkarlandı - Kütləvi tələfat var

Çində daha bir ölümcül virus aşkarlandı - Kütləvi tələfat var

Tarix: 2 Fevral 2020 11:46

Koronavirus epidemiyasının bürüdüyü və hər gün onlarla adamın öldüyü, minlərlə adamın yoluxuğu Çində daha bir ölümcül virus aşkarlanıb.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, ölkənin Xunan əyalətində H5N1 kod adlı quş qripinin qəfil yayılması qeydə alınıb. Çinin Kənd Təsərrüfatı Nazirliyinin bildirdiyinə görə, yüksək patogenli quş qripi yerli fermalardan birində aşkarlanıb və orada qanadlılardan yarıdan çoxu tələf olub. Virusun insana keçməsi halları barədə hələ məlumat yoxdur.

Xunan əyaləti koronavirus epidemiyasının episentri olan Xubey əyaləti ilə həmsərhəddir.

Quş qripi insana keçdiyi təqdirdə kəskin infeksion xəstəlik yaradır. Bu zaman bədən temperaturu 38 dərəcəyə qədər artır, baş ağrıları, əzələ ağrıları, boğaz ağrısı qeydə alınır. Xəstənin vəziyyəti pisləşir və 2-3 gün sonra bəlğəmli öskürək başlayır, daha sonra nəfəsalmanın çətinləşməsi baş verir, qara ciyərin, böyrəklərin və beynin zədələnməsi halları mümkündür. Quş qripi qeyri-adi şəkildə sürətlə yayılır və bu virusdan ölüm riski yüksəkdir.

İnsanın virusa yoluxması bu virusun daşıyıcısı olan qanadlılarla sıx təması zamanı mümkündür. Habelə quş qripinə yoluxmuş qanadlının ətinin kifayət qədər termik emal edilmədən yeyilməsi də yoluxmaya səbəb ola bilər.


Etiketlər:  Çində daha ölümcül virus aşkarlandı Kütləvi tələfat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ