Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 17:28
Portuqaliyanın paytaxtı Lissabonda keçirilən açıq şahmat turniri başa çatıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, turnirin klassik yarışlarında mübarizə aparan Azərbaycan şahmatçılarından Vüqar Əsədli 9 turdan 7 xal toplayıb. Bu nəticə ilə liderdən cəmi 0,5 xal geri qalan V.Əsədli 2-9-cu yerləri bölüşüb. Komandamızın digər üzvlərindən Zaur Bayramov 6 xalla 23-cü, Nail Bəşirli 5,5 xalla 40-cı yerləri tutublar.
İsveçrə sistemi üzrə keçirilən yarışda 227 şahmatçı mübarizə aparıb.