Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 18:46
2002-ci ildə Braziliya yığması ilə dünya çempionu adını qazanmış Lusio karyerasını başa vurub.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
41 yaşlı veteran 22 illik karyerasını tamamlamağa qərar verdiyini bildirib. Guara-nın yetirməsi olan, daha çox Bayern Munich, Bayer Leverkusen və İnter-dəki çıxışı ilə tanınan braziliyalı İnternasional, Juventus, San Paulo, Palmeyras, Goa, Gama və Brasiliense klublarının da uğurları üçün çalışıb.
Lusio Braziliya yığmasında 105 oyun keçirib, 4 qol vurub. Karyerası ərzində Çempionlar Liqası və Konfederasiyalar kubokunun da qalibi olub.