Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 23:09
İnsan üçün ən faydalı göyərtilərdən biri də keçnişdir.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu göyərti orqanik turşular və efir yağları ilə zəngindir. Tərkibində C, P, beta-karotin kimi vitaminlər, selen, dəmir, sink, maqnezium kimi mikroelementlər, təbbi liflər, pektin, rutin və s faydalı maddələr var.
Keşnişin çox güclü antiseptik, iltihab və mikrobəleyhinə xüsusiyyətləri var, qanda xolesterinin səviyyəsini aşağı salır, xolesterinin damarların divarlarında yığılmasına mane olur.
Eyni zamanda şəkər xəstəliyi olan insanlar üçün xeyirlidir - qanda şəkərin səviyyəsini aşağı salır. Ürək-damar sistemi üçün də çox faydalıdır, arterial təzyqinin normallaşmasına kömək edir.
Antioksidantlarla zəngin olan keşniş orqanizmdə gedən dağılma və qocalma prosesləri ləngidir, şiş xəstəliklərinin inkişafına mane olur.
Keşniş damaqları möhkəmləndirir, ağız boşluğunda olan iltihabları azaldır, kariesin inkişafının qarşısını alır.