Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhiyyə Nazirliyi: Koronavirusla əlaqədar Kiniki Tibbi Mərkəzə 2 nəfər yerləşdirilib

Səhiyyə Nazirliyi: Koronavirusla əlaqədar Kiniki Tibbi Mərkəzə 2 nəfər yerləşdirilib

Tarix: 3 Fevral 2020 10:24

Bakı. İlhamə İsabalayeva - Trend:

Koronavirusa yoluxma şübhəsi ilə Kiniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 1996-cı il təvəllüdlü Çin vətəndaşı sonuncu dəfə 19 yanvar tarixində Çində olub:

"Analizlərinin cavabı mənfidir, yəni hər hansı bir virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-ü evə buraxılacaq".

Nazirlikdən bildirilib ki, 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Çində təhsil alır:

"Bakıya yanvarın 28-i gəlib. Heç bir şikayəti yoxdur, amma buna baxmayaraq, inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq. Xüsusi tibb müəssəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır. Karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Səhiyyə Nazirliyi Koronavirusla əlaqədar Kiniki Tibbi Mərkəzə nəfər yerləşdirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ