Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 12:20
Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ”la oyunu Bakının “Səbail” klubunun iki üzvü üçün yubileylə əlamətdar olub.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Aftandil Hacıyev futbolçularını 50-ci rəsmi matça çıxarıb. 2018-ci ilin yayından bu vəzifədə çalışan mütəxəssis 43 çempionat, 5 kubok və 2 avrokubok görüşündə komandaya rəhbərlik edib. “Səbail” bu 50 oyundan 16-da qələbə qazanıb, 9-da heç-heçə edib və 25-ci məğlubiyyətini “Qarabağ”dan alıb – 0:1. Hacıyevin komandası 48 qol vurub, 73-nü buraxıb.
“Səbail”in futbolçusu Fəhmin Muradbəyli isə klub tarixinə Premyer Liqada 50 oyun keçirən ilk oyunçu kimi düşüb. O, 2018-ci ildən çıxış etdiyi komandada 6 qol vurub. Yarımmüdafiəçi 2017/18 mövsümündə 13 matçda 3, 2018/19 mövsümündə 24 oyunda 3 qol vurub. Cari çempionatda 13-cü görüşünə çıxan futbolçu fərqlənməyib.