Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan: “İdlibdə qarşı tərəf 30-dan çox itki verib''

Ərdoğan: “İdlibdə qarşı tərəf 30-dan çox itki verib''

Tarix: 3 Fevral 2020 12:30

İlkin məlumata görə, İdlibdə qarşı tərəfdən 30-35 suriyalı zərərsizləşdirilib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərindən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Milli Kəşfiyyat Təşkilatının (MİT) İdlibdə müəyyənləşdirdiyi 40-a yaxın hədəfə zərbələr endirilir.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində 4 hərbçisi şəhid olub, biri ağır olmaqla 9 hərbçisi yaralanıb.


Etiketlər:  Ərdoğan İdlibdə qarşı tərəf çox itki verib


RƏYLƏR