Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Siqaretləri gizlədərək ölkəyə keçirməyə cəhd etdi

Siqaretləri gizlədərək ölkəyə keçirməyə cəhd etdi

Tarix: 3 Fevral 2020 14:48

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz 200 D" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin oturacaqlarının altından üzərində "De Santis" yazılan 4400 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Siqaretləri gizlədərək ölkəyə keçirməyə cəhd etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ