Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 14:50
Çinin Yuhan şəhərində yayılan koronavirusun müalicəsinin tapıldığı iddia edilir.
Sonxeber.net azxeber-ə istinadən xəbər verir ki, taylandlı həkim Kriangsak Atipornwanich 361 nəfərin ölümünə səbəb olan koronavirusun müalicəsini tapdığını deyir. Məlumata görə, koronavirus epidemiyası ilə xəstəxanaya yerləşdirilən 71 yaşlı kişi xəstəliyə qalib gəlib.
Həkim müalicənin qrip zamanı edilən dərmanların qarışımı ilə etdiyini deyib. O bildirib ki, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən kişiyə dərmanlar verildikdən 48 saat sonra özünə gəlib. Pekində olan xəstələrə də qrip üçün edilən müalicələrin olunduğu deyilir.
Lakin xəstəliyin müalicəsi hələlik təsdiq olunmayıb.