Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan sərt danışdı: ''Cavabı qat-qat veriləcək''

Ərdoğan sərt danışdı: ''Cavabı qat-qat veriləcək''

Tarix: 3 Fevral 2020 18:46

Türkiyə İdlibdəki hücumun cavabını qat-qat verib, verməyə də davam edir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya yola düşməzdən əvvəl Atatürk hava limanında keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan bildirib ki, təxminən 40 nöqtə davamlı əməliyyat hədəfləri arasındadır və həmin hədəflər həm fırtına özüyeriyən artilleriya qurğusu (Ö.A.Q.), həm də F-16 ilə vurulmağa davam edir:

"Ölkəmizin, millətimizin və idlibli qardaşlarımızın təhlükəsizliyinin təmini üçün keçirdiyimiz əməliyyatları davam etdirməkdə qərarlıyıq. Belə alçaq hücumlarla Türkiyənin iradəsini sınayanlar böyük bir səhv etdiklərini anlayacaqlar."

Türkiyə Prezidenti bəyan edib ki, Ankara geri çəkilməyəcək:

"Əməliyyatlar davam edir və ilkin məlumatlara görə Suriya tərəfindən təxminən 30-35 nəfər zərərsizləşdirilib".

R.T.Ərdoğan Rusiya tərəfinə də xitab edib: "Burada qarşı tərəf siz yox, rejimdir. Bizim qarşımızı kəsmək kimi bir vəziyyət olmasın".

Qeyd edək ki, Suriyanın İdlib əyalətində artilleriya zərbələri nəticəsində 4 Türkiyə hərbçisi həlak olub, daha 9 hərbçi yaralanıb.


Etiketlər:  Ərdoğan sərt danışdı Cavabı veriləcək


RƏYLƏR