Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə ''Uber''ə qadağa qoyuldu

Bu ölkədə ''Uber''ə qadağa qoyuldu

Tarix: 3 Fevral 2020 22:42

Dünyadakı telefon tətbiqetmələri üzərində özəl nəqliyyat xidməti göstərən "Uber" Kolumbiya Sənaye Məhkəməsinin qərarından sonra ölkədəki fəaliyyətinə son qoyub.

Sonxeber.net xəbər verir ki, ölkədəki şirkətlərdən biri olan "Cotech" "Uber"i ədalətsiz rəqabətdə ittiham edib.

Kolumbiya Nəqliyyat Nazirliyinin ölkəyə girməsindən bəri qanunsuz hesab etdiyi "Uber" və Kolumbiya səlahiyyətliləri əvvəlcədən sürücülərin sığortası və ya vergi ödəmək kimi şərtlərlə bağlı danışıqlar aparsalar da, ancaq razılıq əldə edilməyib. Fevralın 1-dən məhkəmə qərarı ilə Kolumbiyada 88 min sürücünün istifadə etdiyi "Uber", "Uber X" və "Uber VAN" fəaliyyətini dayandırıb.

Qeyd edək ki, "Uber" qərarı "özbaşına" adlandırsa da, ölkəni tərk edəcəyini açıqlayıb. (publika.az)


Etiketlər:  ölkədə Uberə qadağa qoyuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ