Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

3 azarkeş həbs olundu - Premyer Liqa oyununa görə

3 azarkeş həbs olundu - Premyer Liqa oyununa görə

Tarix: 4 Fevral 2020 08:34

İngiltərə Premyer Liqasının XXV turunda keçirilən "Vest Hem" - "Brayton" oyununda xoşagəlməz hal yaşanıb.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, 3:3 hesabı ilə başa çatan qarşılaşmada azarkeşlər etik qaydaları pozublar.

Oyun zamanı irqçi şüarlar səsləndirən "Vest Hem"in iki fanatı homofobiya şübhəsi ilə aşkarlanaraq həbs olunub. Həmin şəxslər hazırda nəzarətdədirlər və onlarla bağlı araşdırma aparılır. Həmçinin rəqib fanatlarına hücum çəkən "Vest Hem"in daha bir azarkeşi saxlanılıb.

Qeyd edək ki, Premyer Liqanın XXI turu çərçivəsində baş tutan "Brayton" - "Çelsi" (1:1) görüşündən sonra da polislər eyni səbəbdən 3 azarkeşi həbs etmişdilər.


Etiketlər:  azarkeş həbs olundu Premyer Liqa oyununa görə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ