Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 08:52
Artıq Xiaomi-nin müstəqil brendi kimi fəaliyyət göstərən Poco öz yeni smartfon modeli olacaq Poco X2-nin təqdimatına hazırlaşır. Rəsmi təqdimat tədbirinə bir neçə gün qalmış isə insayderlər Poco X2-nin əks olunduğu yeni tizer fotosunu əldə ediblər. Həmin fotoda həmçinin smartfonun qiyməti də əks olunub.
Sonxeber.net technote.az-a istinadən bildirir ki, son məlumat sızıntılarına əsasən Poco X2 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran, Snapdragon 730G prosessoru, 6 GB RAM, 64 MP-lik (Sony IMX686) dördlü arxa kamera və 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. İnsayderlərin əldə etdikləri tizer fotosuna əsasən Poco X2 266$ qiymətində satışa çıxacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, brendin ilk smartfon modeli olmuş Pocophone F1 modeli 400$ qiymətində satışa çıxmışdı. Lakin onu da nəzərə almaq lazımdır ki, Pocophone F1 flaqman smartfon modeli idi. Poco X2-nin təqdimatı 4 fevral tarixində baş tutacaq.