Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mingəçevir indi Azərbaycan üçün ən təhlükəli zonadır - Qurban Yetirmişli

Mingəçevir indi Azərbaycan üçün ən təhlükəli zonadır - Qurban Yetirmişli

Tarix: 4 Fevral 2020 12:15

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu ilin yanvar ayı ərzində Azərbaycanda və onun ətraf bölgələrində 550-560 zəlzələ baş verib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli "2020-ci il Elazığ və Malatya zəlzələləri: tektonik və geodinamik analiz" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, ölkə ərazisində hər gün təkanlar qeydə alınır.

Q.Yetirmişli əlavə edib ki, yanvar ayında Azərbaycanda maqnitudası 3-dən yuxarı olan 4 təkan baş verib:

"Bu zəlzələlər Xəzər dənizində və Mingəçevirdə olub. Dərində olduğuna görə bu zəlzələlər hiss edilməyib. Şansımız gətirib ki, Mingəçevirdə də zəlzələ dərində olub, bir az dayazda olsaydı, orada böyük fəsadlar törədərdi. Çünki Mingəçevir indiyədək seysmoloji baxımdan tam öyrənilməyib. Bu vaxtadək bu məsələ qaldırılsa da, heç bir tədqiqat aparılmayıb. Mingəçevir indi Azərbaycan üçün ən təhlükəli zonadır, çünki Mingəçevir su hövzəsinin altından birbaşa qırılmalar keçir. Həmin zəlzələ də su hövzəsinin içində olub".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mingəçevir indi Azərbaycan üçün təhlükəli zonadır Qurban Yetirmişli


RƏYLƏR