Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İstəyirsənsə gəl yanıma səni də bacın kimi...'' - Tacirdən İlahəyə SƏRT İSMARIC - FOTO

''İstəyirsənsə gəl yanıma səni də bacın kimi...'' - Tacirdən İlahəyə SƏRT İSMARIC - FOTO

Tarix: 4 Fevral 2020 15:24

İlahə Fəda açıqlama verib ki, siz bilmirsiniz ki, Tacir bizə nə qan uddurub. Siz neyləmisiniz onlara?

Sonxeber.net xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) aparıcısı olduğu proqramda Tacir Şahmalıoğluna müraciət edib.

Tacir İlahənin cavabını Fədayəyə və anasına görə vermədiyini bildirib:

"Mən onlara nə qan uddura bilərəm?! Yuxarı baxırsan bığ, aşağı baxırsan saqqaldır. Fədayə xanım, gözəl anası mənim yolumu bağlayırlar ki, çox istəmirəm üstünə gedim. Həm də elə xanım olduğuna görə mən istəmirəm onunla mübahisə edəm. Mən bilirəm ki, İlahə mənim vasitəmlə gündəmə gəlmək istəyir. Biz Fədayəylə, demək olar, indi də hər gün bir yerdəyik, toylara gedirik yenə. Bu, belə də olacaq. Amma mən buradan İlahə xanıma demək istəyirəm ki, mən heç vaxt efirdə etikanı pozmamışam, pozmaram da. Mənim şəxsiyyətim var. Buradan İlahə xanıma səslənirəm ki, əgər istəyirsənsə, gəl yanıma səni də Fədayə kimi öyrədim. Sən sənətlə gəl gündəmə, belə qalmaqal ilə gəlmə. Yaraşmır sənə, qadınlığına yaraşmır. Sənə yaraşmır ki, çıxıb efirdə mənim haqqımda pis-pis şeylər danışırsan". 

Məhəmməd Vaqif


Etiketlər:  İstəyirsənsə gəl yanıma səni bacın kimi Tacirdən İlahəyə SƏRT İSMARIC FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ