Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Napoli" "Mançester Yunayted"ə yenə "yox" dedi

Tarix: 20 May 2019 16:56

"Napoli" "Mançester Yunayted"in Xalidu Kolibali üçün növbəti təklifini geri çevirib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Neapol təmsilçisi bu dəfə 110 milyonluq təklifə "yox" deyib. Klubun prezidenti Aurelio De Laurentis 27 yaşlı futbolçunu 150 milyondan ucuz satmayacaqlarını bildirib.

Qeyd edək ki, bu, Mançester təmsilçisinin seneqallı müdafiəçini almaq üçün üçüncü cəhdi idi. Mankunyanlar daha əvvəl 90 və 103 milyonluq təkliflə "Napoli"nin qapısını döymüşdü.

 


Etiketlər:  Napoli Mançester Yunaytedə yenə yox dedi


RƏYLƏR