Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2019 17:39
Bakı. Mətanət Nəsibova - Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nəzdində İctimai Şuranın yaradılması sahibkarlara operativ xidmətlərin göstərilməsi məqsədi daşıyır.
Trend-in məlumatına görə, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən İqtisadiyyat Nazirliyinin yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə "Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu" mövzusunda keçirilən forumda deyib.
O bildirib ki, İctimai Şura vasitəsilə Agentlik sahibkarlarla daha sıx əməkdaşlıq edə biləcək.
İdarə heyətinin sədri əlavə edib ki, İctimai Şuranın gələcək fəaliyyəti Agentliklə sahibkarlar arasında koordinasiyaya, eləcə də şəffaflığın təminatı və vətəndaş cəmiyyətində biznes barədə obyektiv rəyin formalaşmasına yönələcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin