Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 22:36
Türkiyənin Manisa vilayətində rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, yeraltı təkanların episentri Akhisar rayonunda yerin 7 kilometr dərinliyində yerləşib. Bu zəlzələdən bir neçə dəqiqə əvvəl bölgədə rixter cədvəli üzrə 4,3 bal gücündə yeraltı təkan qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Xatırladaq ki, son aylar Türkiyədə seysmik fəallıq müşahidə olunur. İki həftə əvvəl Elazığda baş verən 6,8 bal gücündəki zəlzələ nəticəsində 41 nəfər həyatını itirib.